Logo

Tələbələrdən ikisi bu liseyin məzunları imiş...

15.02.2023 13:50 546 baxış
IMG

Xəbər verdiyimiz kimi, Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində dağıntılar altında qalan 4 azərbaycanlı tələbənin (Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə) cəsədi tapılıb.

Tehsil.biz xəbər verir ki, onlar Malatya şəhərindəki İnönü Universitetində təhsil alırdılar.

Məlumata görə, həmin tələbələrdən ikisi - Hümam İsmayıllı və Gündüz Nəzərli Sumqayıt şəhəri N.Gəncəvi adına Texniki Təbiət Elmləri liseyinin məzunlarıdır.

Qeyd edək ki, tələbələrin cənazələrinin fevralın 15-dən 16-na keçən gecə ölkəyə gətirilməsi nəzərdə tutulub.

Mərcanə Əsədova

Xəbər lenti