Türkiyə Respublikasında böyük dağıntılara və kütləvi insan tələfatına səbəb olmuş zəlzələdən zərərçəkmiş qardaş və bacılarımız üçün yardım kampaniyasına Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi də qoşulub.
Tehsil.biz xəbər verir ki, bu məqsədlə mərkəzin işçi və tələbə heyəti, Qəbələdə fəaliyyət göstərən sahibkarlar, təhsil müəssisələri, bələdiyyələr, könüllü vətəndaşlar tərəfindən humanitar yardım toplanaraq çeşidlənib.
Artıq ehtiyaclara uyğun olaraq, yardım toplama məntəqəmizdə də fasiləsiz olaraq yardımlar toplanır, çeşidlənməkdədir.
Qeyd edək ki, məhsullar toplanaraq, aidiyyatı üzrə "Qardaş Köməyi" platformasına təhvil veriləcək.