Logo

TKTA ərizəçilərin dayə peşə ixtisası üzrə nəzəri biliklərini qiymətləndirib

15.02.2023 19:24 365 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Sənətin varsa, sənədin olacaq” layihəsi çərçivəsində dayə peşə ixtisası üzrə fəaliyyət göstərən lakin peşəsi üzrə təhsil sənədi olmayan vətəndaşların nəzəri biliklərinin qiymətləndirilməsi məqsədilə test imtahanı keçirilib.

Bu barədə "Tehsil.biz"ə agentlikdən məlumat verilib.

Bildirilib ki, agentliyin nümayəndəsinin sədrlik etdiyi komissiya tərəfindən qiymətləndirilmə aparılacaq. İlkin mərhələdə yüksək nəticə göstərmiş ərizəçilər bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Yekunda uğurlu nəticə əldə edən ərizəçilərə dayə peşə ixtisası üzrə sertifikatlar təqdim olunacaq, onların məşğulluq imkanlarına dəstək göstəriləcək.

Xəbər lenti