Logo

“Qafqaz Albaniyası: dini və sosial həyatı” mövzusunda X beynəlxalq konfrans keçiriləcək

15.02.2023 21:03 313 baxış
IMG

14-15 aprel 2023-cü il tarixlərində AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Alban-Udi Xristian Dini İcmasının birgə təşkilatçılığı ilə “Qafqaz Albaniyası: dini və sosial həyatı” adlı X beynəlxalq konfrans keçiriləcək.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan bildirilib.

Azərbaycan Qafqaz Albaniyasının tarixi və etnik-mədəni irsinin sistemli tədqiqi üzrə dünyada əsas tədqiqat mərkəzi rolunu oynayır. Qafqaz Albaniyası min ilə yaxın müddətdə regionun həyatında mühüm yer tutmuş, özündən sonra mühüm tarixi irs qoymuşdur. Bu irsin hərtərəfli tədqiqi nəticəsində Albanşünaslıq elm sahəsi yaranmış və bu gün də inkişaf etməkdədir. Bu sahədə qazanılmış təcrübəni daha da inkişaf etdirmək, dünya Albanşünaslığının görkəmli xadimlərini bir araya gətirmək və səmərəli elmi müzakirələr təşkil etmək məqsədilə “Qafqaz Albaniyası: dini və sosial həyatı” adlı X beynəlxalq konfransın keçirilməsi qərara alınıb.

Konfransın əsas elmi istiqamətləri:

- Qafqaz Albaniyasında xristianlığa qədərki dinlər;

- Qafqaz Albaniyasında xristianlıq;

- Qafqaz Albaniyası və İslam sivilizasiyası;

- Qafqaz Albaniyasında sosial həyatın xüsusiyyətləri.

Konfransın dili: Azərbaycan, ingilis və rus dilləri

Konfransın hybrid formatda keçirilməsi nəzərdə tutulur.

Məqalələr üçün tələblər:

- Konfransda iştirak üçün məruzələrin tezisləri (500 söz həcmində) təqdim olunmalıdır;

- Məqalələr 8-10 səhifə həcmində, şrift – Times New Roman, ölçü - 12, interval – 1, annotasiya – 5-6 cümlə, açar sözlər - 5, ədəbiyyat siyahısı – məqalənin sonunda əlifba sırası ilə (Azərbaycan, ingilis, rus), mətndə istinad – [Сеидова, 2023, с. 5-7].

Məqalələr çap olunacaq. Təqdim olunan mövzular əvvəllər heç bir yerdə dərc edilməmiş olmalıdır. Təşkilat Komitəsi uyğun materialların seçilməsi hüququnu özündə saxlayır.

İştirakçılar üçün tələblər:

Məruzəçinin adı, soyadı, atasının adı, işlədiyi müəssisənin adı və vəzifəsi, elmi dərəcə və elmi adı, elektron poçt ünvanı, əlaqə nömrəsi tezisin yuxarı hissəsində qeyd olunmalı, həmçinin ORCİD kodu göstərilməlidir.

Önəmli tarixlər:

Tezislərin təqdim edilməsi üçün son tarix: 1 mart 2023

Məqalələrin təqdim edilməsi üçün son tarix: 1 may 2023

Tel.: (+99412) 539 36 72, (+994 50) 473 21 32

E-mail: [email protected]

Əlavə məlumat üçün: www.tarixinstitutu.az

Xəbər lenti