13 fevral tarixindən Peşə Təhsili üzrə Dövlət Agentliyi və Dövlət Məşğulluq Agentliyinin birgə əməkdaşlığı çərçivəsində Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində "Aşpaz" ixtisası üzrə qısamüddətli təlimə start verilib.
Bu barədə "Tehsil.biz"ə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, təlim 130 saat olmaqla 3 ay müddətində davam edəcək.
Qeyd edək ki, qısa müddətli təlimə yalnız Dövlət Məşğulluq Agentliyində işsiz kimi qeydiyyatdan keçmiş şəxslərin müraciəti qəbul edilib.