Paytaxt məktəblisi intihara cəhd edib.
Tehsil.biz xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Qeyd olunub ki, hadisə Bakı şəhəri Nəsimi rayonu Saleh Poladi adına 159 saylı məktəbdə baş verib.
Belə ki, məktəbin 6-cı sinif şagirdi intihar etmək istəyib. İddiaya görə şagird artıq ikinci dəfədir ki, eyni əməli törətməyə cəhd edir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və media ilə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev məsələyə münasibət bildirib.
O, məlumatın yoxlanıldığını, şərti adı A.A olan şagirdin müəllimləri və valideynləri tərəfindən məlumatın təsdiq olunmadığını, sözügedən şagirdin hazırda dərsdə olduğunu qeyd edib.
Mərcanə Əsədova