Logo

Dövlət İmtahan Mərkəzində 27 fevral tarixində imtahan keçiriləcək

25.02.2021 14:56 885 baxış
IMG

Dövlət İmtahan Mərkəzində 27 fevral 2021-ci il tarixində TOEFL iBT imtahanı keçiriləcək.

 

ETS-in (Educational Testing Service–Təhsildə Qiymətləndirmə Xidməti) TOEFL iBT imtahanı fevralın 27-də Dövlət İmtahan Mərkəzinin Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.

 

İmtahan iştirakçıları saat 07:30-dan gec olmayaraq tələb olunan aşağıdakı sənədlərlə birlikdə imtahan binasında olmalıdırlar:

 

1. Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;

 

2. İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə. 

 

İştirakçılar “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edir və imzalanmış şəkildə özü ilə imtahana gətirməlidir.

 

İmtahan saat 9:00-da başlanır.

 

TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

 

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar həyata keçirilən sanitar-gigiyenik tədbirlər çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi, həmçinin fasilə zamanı ara məsafənin saxlanılması təmin olunacaqdır.

 

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

 

TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.

Xəbər lenti