Logo

Mübariz Qurbanlı Salyanda vətəndaşları qəbul edib - FOTO

16.02.2023 15:14 337 baxış
IMG

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fevralın 16-da Salyan, Neftçala, Şirvan və Biləsuvar rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib.

Tehsil.biz xəbər verir ki, qəbuldan əvvəl Salyan şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Qəbula gələn vətəndaşlar dini maarifləndirmə işinin genişləndirilməsi, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, habelə digər məsələlərlə bağlı müraciətlər ediblər.

Dövlət Komitəsinin aidiyyəti struktur bölməsinin rəhbərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, ərizələri qəbul edilərək müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Xəbər lenti