Logo

"Heydər Əliyev irsinin öyrənilməsi" mövzusunda növbəti tədbir keçirilib

16.02.2023 16:57 445 baxış
IMG

Fevralın 16-da Masallı rayon Mərkəzi Kitabxanasında Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Mərkəzi Kitabxananın və Masallı Təhsil Sektorunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda növbəti tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Cəlal Kazımov adına Qodman kənd tam orta məktəbinin VII sinif şagirdləri iştirak edib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan məktəbin direktor müavini Bəybala Əliyev tədbirin mahiyyətini, mövzunun bütün dövrlər üçün aktuallığını və hər bir Azərbaycan vətəndaşının qarşısında dayanan vəzifə olduğunu önə çəkərək bildirib ki, bugünkü qüdrətli, güclü, qalib Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir: “Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə yeni Azərbaycan qurdu. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanın yaşadıqları hər kəsin yaddaşındadır. Bugünkü gənclik o illəri tarix dərsliklərindən və digər vəsaitlərdən öyrənirlər. Ulu öndər Heydər Əliyevin gördüyü işlər Vətəninə, dövlətinə, xalqına nə qədər bağlı olduğunu nümayiş etdirir.

Sonra kitabxananın əməkdaşları məktəblilərə kitabxananın fəaliyyəti və fonddan istifadə qaydaları haqqında məlumat veriblər. Kitabxanada müxtəlif mövzularda təşkil olunmuş sərgilərlə tanışlıq şagirdlərin xüsusi marağına səbəb olub.

Yekunda məktəblilər kitabxana fonduna yeni daxil olan kitablara abunə yazılıblar.

Xəbər lenti