Logo

Zəlzələ Türkiyədə təhsil almaq istəyən azərbaycanlıların sayına təsir edə bilərmi? - FOTO

16.02.2023 19:13 339 baxış
IMG

"Türkiyədə baş verən dəhşətli zəlzələ orada təhsil almaq istəyən azərbaycanlıların sayına müəyyən qədər təsir edəcək, amma bunun kütləvi formada olmasını düşünmək olmaz".

Bunu "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti Elçin Əfəndiyev deyib.

Elçin Əfəndiyev

Onun sözlərinə görə, əsasən İstanbul, Ankara, İzmir və s. bu kimi ərazilərə təhsil almaq üçün üz tutan tələbələr də çoxdur:

"Bu hadisələr Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayına ciddi təsir etməyəcək. Zaman keçdikcə müşahidə olunan azalma aradan qalxacaq. Yaxşı olar ki, tələbələr diqqətli olsunlar. Son zamanlar baş verən hadisələr, Türkiyədə seçkilərin planlaşdırılması, geosiyasi vəziyyət yaxşı olardı ki, bu il Türkiyəyə təhsil almaq üçün gedənlər tərəfindən nəzərə alınaraq qərar verilsin".

Mərcanə Əsədova

Xəbər lenti