Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan Astara rayon Sım kənd tam orta məktəbin nəzdində fəaliyyət göstərəcək Diqo kəndində modul tipli məktəb binasının tikintisi davam etdirilir.
Tehsil.biz xəbər verir ki, modul tipli məkrəb binası 56 yerlik layihə əsasında inşa edilir. Hazırda binada daxili tamamlanma işləri aparılır.
Gələcəkdə rayon ərazisində yeni məktəb binalarının tikintisinin və təmir bərpa işlərinin davam etdirilməsi nəzərdə tutulub.