Siyəzəndə ağır yol qəzası baş verib.
"Tehsil.biz"in məlumatına görə, hadisə Bakı-Quba yolunun 99-cu km-də qeydə alınıb.
Belə ki, "Mercedes Vita" markalı 77-CY-723 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Quba istiqamətinə hərəkətdə olarkən idarəetməni itirərək əks istiqmətdə hərəkətdə olan "Opel" markalı 50-DL-063 dövlət nömrə nişanlı avtomobillə toqquşub.
Qəza nəticəsində ölənlər arasında müəllimlərin olduğu bildirilir. Məlumata görə, onlar Bakı və Sumqayıt səhərindən Siyəzən kəndlərində dərs demək gəlirmiş.