Logo

QMİ sədri Portuqaliyaya səfər edəcək

17.02.2023 13:58 369 baxış
IMG

18 fevral tarixində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar şurasının 28-ci sessiyasında iştirak etmək üçün Portuqaliyanın paytaxtı Lissabon şəhərinə səfərə yola düşür.

QMİ-nin Mətbuat Xidmətindən "Tehsil.biz"ə verilən məlumata görə, sessiya qurumun mənzil-qərargahının yerləşdiyi Lissabon şəhərində fevralın 20-də keçiriləcək. Mərkəzin Katibliyinin yeni rəhbərliyinin iştirakı ilə keçirilən sessiya uzun müddət videokonfrans formatından sonra ilk dəfə əyani baş tutacaq.

KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar şurasının üzvü Şeyxülislam Allahşükür Paşazadə sessiyada əsas məruzəçi qismində çıxış edəcək.

Xəbər lenti