Fevralın 17-də Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı” nın icrası ilə əlaqədar Uşaqların zərərli informasiyalardan qorunması məqsədilə muzeydə ”Zərərli vərdişlər sağlamlığa qəsddir” adlı tədbir keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə Bəyalı Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbin müəllim və şagirdləri iştirak edib.
Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva zərərli vərdişlər və onların məhvedici sonluğu, bu vərdişlərin cəmiyyətin qlobal xəstəliyinə çevrilməsindən danışıb.
Sonra Qalereyanın direktor vəzifəsini icra edən Təhmasib Məcidov, Böyük-Xocavar məktəbinin müəllimi Xədicə Balakişiyeva və Həlimə Məlikova çıxışlarında zərərli vasitələrdən istifadə adətinin yeniyetməlik dövründən başladığını, bu vasitələrdən istifadənin səbəbləri, yeniyetmələrin həyatına daxil olmaması üçün ailə və məktəb birliyinin vacibliyinindən söhbət edərək uşaqlara tövsiyələr veriblər.
Yekunda şagirdlər muzey və qalereyaya ekskursiya edib.