Logo

“Heydər Əliyev və xalq mədəniyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək

17.02.2023 15:40 297 baxış
IMG

16 may 2023-cü il tarixində AMEA-nın Folklor İnstitutunun təşkilatçılığı ilə Ümummilli Liderin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev və xalq mədəniyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan bildirilib.

Konfrans üçün məruzələr iki istiqamətdə nəzərdə tutulub:

- Heydər Əliyevin elm, xalq mədəniyyəti sahəsindəki fəaliyyətini əks etdirən məruzələr;

- Heydər Əliyevin irəli sürdüyü tezislər, tövsiyələr, müdrik kəlamlar əsasında folklorun ayrı-ayrı məsələləri ilə bağlı məruzələr.

Mühüm tarixlər:

Konfransda iştirak etmək istəyənlər məruzələrinin tam mətnini 1 aprel 2023-cü il tarixinədək [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Tam mətnlərin qəbul edilib-edilmədiyi haqqında müəlliflərə 20 aprel 2023-cü il tarixinədək elektron poçt ünvanı vasitəsi ilə məlumat veriləcək.

Məruzələrin yazı qaydaları:

- İlk olaraq məruzənin adı, ardınca Azərbaycan və ingilis dillərində özətlər (150-200 sözdən ibarət olmalıdır), daha sonra tam mətn və sonda istifadə edilmiş ədəbiyyat siyahısı verilməlidir;

- İstifadə edilmiş ədəbiyyat siyahısı məruzənin sonunda “Qaynaqlar” yarımbaşlığı altında yazılmalıdır. Ədəbiyyat siyahısı müəlliflərin soyadlarına uyğun olaraq əlifba sırası ilə düzülməli, sıra nömrəsi göstərilməlidir. Məruzədə istifadə edilməyən ədəbiyyat qaynaqlarda göstərilməməlidir. Əgər məruzəçi arxiv sənədlərindən, dissertasiyalardan, əlyazma hüququnda olan materiallardan istifadə etmişsə, onlar da “Qaynaqlar”da göstərilən qaydada yazılmalıdır;

- Məruzə başlığı 12 şrift ölçüdə yağlı, özətlər 11 şrift, tam mətn 12 şrift ölçüdə, interval 1,5;

- Məruzədə ətək yazısı (snoska) olduqda internet saytında yerləşdirilərkən problemlər yaradır. Buna görə də ətək yazısı (snoska) ilə olan məruzələr qəbul edilmir. Məruzə daxilində qaynaqlar kodlaşdırılmış qayda ilə verilməlidir.

Məqalələr kitab halında nəşr ediləcək.

Xəbər lenti