Türkiyənin zəlzələ bölgəsindən təxliyə olunan azərbaycanlı tələbələrin sayı açıqlanıb.
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə "Tehsil.biz"ə bildirib ki, zəlzələ ilə bağlı 219 nəfər azərbaycanlı tələbə ölkəmizə təxliyə olunub.
Xatırladaq ki, Türkiyənin Malatya şəhərindəki İnönü Universitetinin azərbaycanlı tələbələri - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə zəlzələ nəticəsində dağıntılar altında qalaraq həlak olublar.
Mərcanə Əsədova