Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı, Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin dəstəyi ilə Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev məktəblilərin gözü ilə” adlı rəsm müsabiqəsi keçiriləcək.
Tehsil.biz xəbər verir ki, müsabiqə 3 yaş kateqoriyası üzrə (6-9, 10-13, 14-17) olmaqla 3 mərhələdə həyata keçiriləcək.
I mərhələ- 17 fevral - 10 mart 2023-cü il tarixləri: bu mərhələdə ümumi təhsil məktəblərinin hər üç yaş qrupu üzrə şagirdləri müsabiqənin mövzusuna uyğun rəsm əsərlərini yekunlaşdırmalıdırlar.
II mərhələ - 13 mart - 17 mart 2023-cü il tarixləri: bu mərhələdə rayon (şəhər) məktəblərinin daxilində yaradılmış təşkilat komitəsi tərəfindən hər üç yaş qrupu üzrə seçilmiş rəsmlər və iştirakçılar barədə məlumat qeyd edilməklə şəhər (rayon), təmsil etdiyi məktəb, sinif, şagirdin adı, soyadı, atasının adı, təvəllüdü və əlaqə vasitəsi rəsmin arxasında yuxarı sol küncə) hər şəhərin (rayonun) Uşaq-Gənclər İnkişaf Mərkəzinə göndərilməlidir.
Qeyd edilən tarixlərdə regionlarda fəaliyyət göstərən Uşaq-Gənclər İnkişaf Mərkəzləri tərəfindən hər yaş qrupu üzrə qalib hesab edilmiş 1 rəsm əsəri (ümumilikdə, 3 qalib) Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinə göndərilməlidir.
III mərhələ- 17 mart - 31 mart 2023-cü il tarixləri: yekun mərhələdə qaliblər münsiflər heyəti tərəfindən seçiləcəkdir.
Mükafatlandırma 03 aprel 2023-cü il tarixdə saat 15:00-da Gəncə şəhər 28 nömrəli tam orta məktəbə keçiriləcəkdir. Bu barədə şəhər (rayon) təhsil sektorlarına məlumat veriləcəkdir.
Müsabiqə üzrə tələblər aşağıdakılardır:
- Müsabiqəyə mövzuya uyğun rəsmlər təqdim olunmalıdır;
- Rəsm müsabiqəsinə hər bir iştirakçı 1 rəsm işi göndərə bilər;
- Müsabiqəyə qatılan məktəb hər yaş qrupu üzrə 1 rəsm işi təqdim etməlidir;
- İki və daha çox iştirakçının birgə hazırladıqları işlər qəbul edilmir;
- Rəsmin işlənmə texnikası sərbəstdir; (quaş, sulu boya, rəngli qələmlər, kollaj, yağlı boya və s.);
- Rəsmlər A3 formatda təqdim edilməlidir;
- Rəsm işləri təqdim edilərkən iştirakçı haqqında ətraflı məlumat – şəhər (rayon), təmsil etdiyi məktəb, sinif, şagirdin adı, soyadı, atasının adı, təvəllüdü və əlaqə vasitəsi qeyd olunmalıdır;
- Müsabiqəyə təqdim olunan rəsm əsərləri geri qaytarılmır.
Müsabiqənin I, II, III yerin qalibləri hədiyyə, diplom və sertifikatlar ilə təltif olunacaqlar.