Logo

Azərbaycanın ali məktəblərində təhsil alan əcnəbi vətəndaşların sayı açıqlanıb

07.10.2020 13:01 467 baxış

Azərbaycanın dövlət və qeyri-dövlət ali təhsil müəssisələrində ötən tədris ilində xarici ölkələrin 4688 vətəndaşı təhsil alıb. Onların 783-ü MDB ölkələrinin, 3905-i digər ölkələrin payına düşür. Əcnəbi tələbələrin sırasında Qazaxıstan, Rusiya, Türkmənistan, Tacikistan, Türkiyə, İran, Çin və İraq vətəndaşları üstünlük təşkil edirlər.

 

Tehsil.biz xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin yenicə çapdan çıxmış “Azərbaycanda təhsil, elm və mədəniyyət-2020” adlı məcmuəsində əks olunub.

 

Məcmuədə bildirilir ki, ölkəmizin ali məktəblərində təhsil alan əcnəbi tələbələrin sayında artım müşahidə olunub. Belə ki, Azərbaycanın dövlət və qeyri-dövlət ali təhsil müəssisələrində 2018/2019-cu tədris ilində 4262 əcnəbi təhsil alıb. Bu rəqəm 2000/2001-ci tədris ilində isə 1870 nəfər olub.

 

Rəsmi nəşrin 2019/2020-ci tədris ilinin əvvəlinə olan məlumatına görə, xarici ölkələrdə dövlət xətti ilə təhsil alan Azərbaycan vətəndaşlarının sayı 807 nəfər olub. Onların 214-ü MDB məkanında, 593-ü isə digər ölkələrdə təhsil alır.

Xəbər lenti