Fevralın 17-də Cəlilabad rayonu Göytəpə şəhəri V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbində “Heydər Əliyev” ili çərçivəsində müəllim və şagirdlərin iştirakı ilə dəyirmi masa təşkil edilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən söhbət açılıb. Ulu Öndərin zəngin həyat və fəaliyyəti barədə aparılan müzakirələr şagirdlərin geniş marağına səbəb olub.
“Heydər Əliyev” ili çərçivəsində rayonun digər ümumtəhsil müəssisələrində müxtəlif tədbirlərin keçirilməsi davam etdrilir.