Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Naxçıvan Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə 17 fevral tarixində gənclər arasında “Bu kino ki var...” adlı kinoviktorina keçirilib.
Bu barədə "Tehsil.biz"ə Naxçıvan Dövlət Universitetindən bildirilib.
Naxçıvan Şəhər Gənclər Mərkəzində keçirilən viktorinada Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəsissələrində təhsil alan gənclərdən ibarət 6 komanda iştirak edib.
Seçim mərhələlərində ən yüksək bal toplayan 4 komanda finalda iştirak etmək hüququ qazanıb.
Finalda Naxçıvan Dövlət Universitetinin tələbələrdən ibarət komandası I yerin sahibi olub.
Qeyd edək ki, kinoviktorinanın keçirilməsində məqsəd gənclərin kino biliyinin yoxlanması, milli kinonun təbliğidir.