Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi Proqramı tərəfindən icra olunan layihə çərçivəsində “Peşə Təlim və Təhsil müəssisələrində mentorluq” mövzusunda 2 günlük təlim keçirilib.
Tehsil.biz xəbər verir ki, təlimçi Fuad Dərgahlı tərəfindən təhsil müəssisələrində fəaliyyət göstərən şəxslərin mentorluq fəaliyyətinin vacib aspektlərini, yanaşmasını, mentorluğun təcrübədə tətbiqi, mentorla mentorluq alan şəxsin birgə fəaliyyət mərhələləri, mentorluğun müxtəlif proqramları, mentorluqla bağlı digər vacib mövzuları əks etdirən maraqlı təlim proqramı hazırlanıb.
Təlimin məqsədi mentorluq istiqamətində peşəkarlığın, şəxsi bilik və bacarıqların artırılması olub.
Təlim iştirakçıları müxtəlif yerli və beynəlxalq təcrübələr, mütəxəssis fikirləri, açıq mənbələrdən toplanmış materiallarla tanış olub. Fuad Dərgahlı tərəfindən iştirakçılara mentorluq proqramının tətbiqi və idarə edilməsi, mentorluğa hazırlıq, mentorluq təliminin (TOT) keçirilməsi, mentorluq münasibətlərinin qorunub saxlanılması, mentorluğun qiymətləndirilməsi barədə aydın məlumatlar verilib.
Həmçinin təlimdə iştirak edən müəllimlər mentorluq alan bir şəxs kimi inkişafa dəstək üçün təlim vəsaiti də əldə edib.