Logo

Gələcəkdəki insan “insan” olmağa keçə biləcəkmi?

19.02.2023 18:44 488 baxış
IMG

Posthümanizm və transhümanizm anlayışları eynidir? Bu iki ifadənin tez-tez hallarda bir-birinin əvəzinə işləndiyinə şahid oluram. Xırda nüans bu anlayışları bir-birindən fərqləndirir. Bu fərqlər nədir?

Posthümanizm “post”, yəni “sonra” mənasını verir. Bu post şəkilçisi postmodernizmi və postimpressionizmi ifadələrini xatırladır. Həm sonrası, həm də eyni zamanda mövcud olan böyük hekəyanin sonuna gəlmişik. Gələcəyin sübhündəyik. Bu konsepsiyadan onun keçmişi də olduğunu deyə bilərik. Yəni keçmişdəki hadisə bəlli olmayan bir zamanda başlayıb, indi də davam edir və necə təkamül edəcəyini bilmirik. Bu zaman “post” şəkilçisi təsvir olunanda biz keçmişdən danışırıq.

Transhümanizm “trans”, yəni “keçid”, “bir sərhədi keçmə” deməkdir. Bu səbəbdən transhümanizm daha məhdud anlayışı özündə əhatə edir. Posthümanizm transhümanizm anlayışını özünə birləşdirir.

İnsanın “insan” olmağa keçməsi nə deməkdir?

Bu suala transhümanizmdə cavab vermək mümkündür. “İnsan” və “insanoğlu” ifadələri sanki təbii və bədii bir fikir kimi görürük, amma arxeologiya bunu sübut edir ki, “insan” ifadəsi əsrin başlarında aktuallaşmışdır. Michel Faucaultun “Sözlər və əşyalar” kitabında insanın silinib gedəcəyi deyilmişdir. Həqiqətə baxdıqda kimdir bu insan? Bu “insan” anlayışı özünə nəyi daxil edəndə, nəyi özündən xaric edir? İnsan təkcə bioloji hadisə deyil, hətta bunun siyasi tərəfi də var. “Ağıllı primat”, yaxud “Homosapiens” bu ifadələr insan anlayışını tamamilə əhatə edirmi? Qulların cinsiyyətlər arası, irqlərarası, siniflər arası bərabərsizliyin hökm sürdüyü minlərlə il müddətindən danışırıqsa “insan”, “ağıllı primat”, yaxud “homosapiens” adlanması nə dərəcədə düzgündür? Avropada və Amerikada irqi ayrıseçkiliyi diqqətə alsaq “insan” iki ayağı üstündə duran, məməli, ağıllı canlıdır. Yaxın keçmişdə 18-ci əsrdə “insan” anlayışı ağ dərili, qərbli, kişi adlanır. Bu “insan” təbiətə hökm etmək gücünə malikdir. Təbitə hökm etmək antroposantizm adlanır. Bu məsələnin mərkəzində posthümanizm və transhümanizm dayanır.

Posthümanizm tərkibində ən əsas iki ayaq olduğu düşündüyüm məsələ feminizm və ekologiya, daha doğrusu, antroposen məsələsi dayanır. Feminizm dedikdə bunu mütləq vurğulamalıyam. Femizm təkcə qadın və kişinin  sosial arenada bərabərsizliyindən, daha doğrusu, bütün ikili təzadlara əsaslanan ayrıseçkiliyə aid tənqid, reaksiya halına gəldi. Əvvəl təkcə qadın-kişi arasındakı sosial bərabərsizliyə dayanan problemlərin sonrasında bioloji cinsiyyətin, insan-heyvan, insan-robot arasındakı münasibətlər də münaqişələrə səbəb oldu. Feminizmin posthümanizm görüşünə töhfələri olmuşdur. 

İkilik məsələsinə baxsaq, bu məsələnin qərb fəlsəfəsinə kök saldığını əminlikdə deyə bilərik.Yaxşı-pis, gözəl-çirkin, təbiət-mədəniyyət, ağıl-bədən, qadın-kişi, insan-heyvan, insan-robot kimi bir çox ikiliklər mövcuddur. Mütləq biri seçilməlidir.

Posthümanizm bioloji, feminizm, sosializm, postmodernizm anlayışlarını özündə birləşdirir. Ursula Le Guinin “Qaranlığın sol əli” kitabında ilin müəyyən vaxtlarında cinsiyyət dəyişdirə bilən yadplanetli cəmiyyətdə hadisələr cərəyan edir. Bu şəraitdə həm qadın, həm də kişi olmaq hüququ mövcud idi. Amma hamının hər şey ola bilməsi özlüyündə heç bir şey olmamağını  ifadə edirdi.

Donna Harawayin “A cyborg manifesto” kitabında insanın cyborga çevrilməsi göstərilir. Bu cyborg simvolu qadınlaşıbdır. Burada bioloji cəhətdən məsələyə baxılmır. Bir qadın dedikdə, Harawayın baxışından desək “Qadın əmək haqqı iqtisadıyyatı içində özünü müdafiəsiz vəziyyətdə görən işçilər də əslində qadınlaşıbdır. Yəni, qadın olaraq cyborgdur. Burada cyborg həm metafordur, həm də  deyildir. Reallığın və xəyalın qarışığı kimidir. Hamının cyborga çevriləcək ifadəsi yanlış olmaz. Sübut:

1. Texnologiya ilə qurmuş olduğumuz münasibətlərdən həqiqətən insan və robotun fərqini müşayidə edirik. Bəsit nümunə: Telefon dediyimiz cihaz bizim bir üzvümüz halına gəlib. Marksistin fəlsəfi “Kapitalizmi sonlandıracaq şeyin öz iç ziddiyyətləri olacaq”.

2. Posthümanizm anlayışının əsas dayağı antroposendir. İndiki yaşadığımız dövr 11.700 il əvvəl başlanan "Holocene" adlanır. Yeni mərhlənin adı “Antroposen” adlanır. Yunanca “antropos”, yəni “insan” deməkdir. Burada insanın mənfi yaxud müsbət formada yaşadığımız dövrü dəyişdirəcəyini ifadə edir. Keçmişdə insanlar həyatda qalmaq üçün qurub-quraşdırmışlar. Fəqət bu texniki əmək bu gün bir tərəfdən öz özünün məhvinə gətirib çıxarır. İnsanın mövcud olaraq özünü məhv etməsi təbii bir finaldır.

Bəs bütün bu ikili qarışıqlıqları keçərək mərkəzləşən və hibridləşən növlər arasında yeni anlayış yaranacaqmı?

Samirə Kərimli, BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Xəbər lenti