Fevralın 19-da Vətən müharibəsində şəhid olmuş Cəlilabad rayonunun Fərzili kənd ümumi orta məktəbin kimya-biologiya müəllimi Rəhimov Tural Arif oğlunun xatirəsinə həsr olunan kimya və biologiya fənləri üzrə fənn müsabiqəsinin final turunun açılışında şəhidin ailə üzvləri iştirak edib.
Bu barədə "Tehsil.biz"ə Lənkəran-Astara Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, sonda şagirdlərin, müəllimlərin, Lənkəran-Astara Regional Təhsil İdarəsinin əməkdaşlarının və şəhidin ailə üzvlərinin iştirakı ilə şəhidin qəbrüstü abidəsi ziyarət edilib.
Şəhid müəllim Tural Rəhimovun atası Arif Rəhimov çıxış edərək şəhidin xatirəsinə göstərilən diqqət və ehtirama görə təşəkkürünü bildirib və müsabiqədə iştirak edən bütün şagirdlərə uğurlar arzu edib.