Logo

Süni intellekt yeni kimyəvi reaksiyaları proqnozlaşdırmağı öyrənib

26.02.2021 10:32 627 baxış
IMG

Alimlər tərəfindən hazırlanan yeni neyron şəbəkəsi kimyanın qanunlarını öyrənir və bu sahədəki bilikləri sayəsində mürəkkəb orqanik birləşmələr arasındakı yeni reaksiyaları proqnozlaşdırmağı bacarır.

 

TASS xəbər verir ki, bu barədə “Scientific Reports” elmi jurnalında dərc olunmuş məqalədə qeyd edilib.

 

Alimlərin fikrincə, yeni yaradılmış süni intellekt dərman vasitələrinin hazırlanması prosesini xeyli asanlaşdıra və sürətləndirə bilər.

 

Qeyd edək ki, son illərdə süni intellekt sistemlərinin hazırlanmasında ciddi nailiyyətlər əldə olunub. Yeni yaradılan neyron şəbəkələri artıq müxtəlif yaradıcılıq işləri ilə də məşğul olmağı bacarır. Onlar rəsm çəkir, şeir yazır və musiqi bəstələyirlər.

Xəbər lenti