Logo

AzTU-nun müəllimləri beynəlxalq elmi konfransda iştirak edib

26.02.2021 10:35 883 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) Radiotexnika və telekommunikasiya kafedrasının əməkdaşları- professor Bayram İbrahimov və dosent Mehman Həsənov Sankt-Peterburq Dövlət Telekommunikasiya Universitetində keçirilən iki günlük onlayn beynəlxalq elmi konfransda iştirak edib.

 

Tehsil.biz xəbər verir ki, “Təhsil və elmdə infokommunikasiyanın aktual problemləri” adlı beynəlxalq konfransda professor Bayram İbrahimov “İnnovativ texnologiyalar bazasında çoxxidmətli telekommunikasiya şəbəkələrinin buraxma qabliyyətinin göstəricilərinin təhlili və tədqiqi” mözusunda  “İnfokommunikasiya şəbəkələri və sistemləri” bölməsində məruzə ilə çıxış edib.

Xəbər lenti