Logo

İlk dərslər Xocalı soyqırımına həsr olunub

26.02.2021 10:57 784 baxış
IMG

Fevralın 26-da təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş xüsusi dərslər keçirilib.

 

Təhsil Nazirliyinin “Xocalı soyqırımının 29-cu ildönümünün keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən, tədris olunan dərslərdə Xocalı qurbanlarının xatirəsi yad edilib, şagirdlərə Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib, onlara Vətənə, doğma torpağa məhəbbət hissi aşılanıb.

 

Tədbirlər Planına uyğun olaraq, bu gün həmçinin karantin rejiminin tələbləri nəzərə alınmaqla ümumi təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş onlayn tədbirlərin keçirilməsi, “Xocalı faciəsi” mövzusunda virtual rəsm müsabiqəsi və sərgilərin təşkili də nəzərdə tutulub.

 

Qeyd edək ki, ənənəvi olaraq, “Azərbaycan dili (tədris dili)”, “Azərbaycan dili (dövlət dili)”, “Ədəbiyyat”, “Azərbaycan tarixi” və “Ümumi tarix” fənlərinin dərsliklərində Xocalı faciəsi ilə bağlı mövzular daxil edilib.

Xəbər lenti