Logo

Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibədə indiyədək 390 nəfər uğur qazanıb

26.02.2021 11:32 658 baxış
IMG

Ümumilikdə 46 dövlət orqanında 379 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il avqustun 5-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.

 

Tehsil.biz DİM-in fevralın 26-sı saat 10:45-ə olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə 390 nəfər uğur qazanıb. Onlardan 205-i Təhsil Nazirliyində, 36-sı Dövlət Statistika Komitəsində, 25-i Bakı şəhəri Yasamal Rayon Məhkəməsində, 21-i Maliyyə Nazirliyində, yerdə qalanlar isə digər dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

 

Qeyd edək ki, müsahibədə iştirak üçün 5374 nəfər sənəd verib. Müsahibə bu gün başa çatır.

Xəbər lenti