Logo

Kolleclərdə təhsil alanlar daha çox texniki ixtisaslara üstünlük veriblər

07.10.2020 13:03 685 baxış
IMG

Ötən tədris ilində ölkəmizdə fəaliyyət göstərən 59 dövlət və qeyri-dövlət orta ixtisas təhsili müəssisəsində (kolleclərdə) 56 min tələbə oxuyub. Onların 51 min 216-sı əyani, 4 min 784-ü qiyabi təhsil alıb. 2001-ci ildə isə orta ixtisas təhsili müəssisələrində təhsil alanların sayı 42 min 612 nəfər olub. Bu, illər keçdikcə orta ixtisas təhsili müəssisələrində oxuyan tələbələrin sayının artdığını göstərir.

 

Tehsil.biz xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin yeni çapdan çıxmış “Azərbaycanda təhsil, elm və mədəniyyət-2020” məcmuəsində əks olunub.

 

Məcmuədə bildirilir ki, ölkəmizin orta ixtisas təhsil müəssisələrində tələbələr daha çox texniki və texnoloji ixtisaslara (13 min 465 nəfər) üstünlük veriblər. İkinci yerdə təhsil ixtisasları qrupu (11 min 891 nəfər), üçüncü yerdə səhiyyə, rifah və xidmət ixtisas qrupları (10 min 812) gəlir. Humanitar və sosial ixtisaslar qrupunu isə 1342 nəfər seçib.

Xəbər lenti