Qəbələdə güclü külək bəzi fəsadlar törədib.
Tehsil.biz APA-ya istinadən xəbər verir ki, güclü külək nəticəsində Qəbələ şəhər 1 saylı tam orta məktəbin dam örtüyü uçub.
Xəsarət alan olmayıb. Şəhərdə güclü küləyə görə müəyyən müddət elektrik enerjisinin verilməsində fasilələr yaranıb.






