İsmayıllı şəhər 3 nömrəli məktəb-liseydə keçirilən təqdimat mərasimi ATİAHİ-nin İsmayıllı rayon komitəsinin təşəbbüsü ilə keçirilib.
Tehsil.biz xəbər verir ki, görüşdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev, ATİAHİ-nin İsmayıllı rayon komitəsinin sədri Hafiz Kərimov, 44 günlük Vətən müharibəsində döyüşən təhsil işçiləri, şəhid müəllim Famil Əhmədzadənin ailə üzvləri, müəllimlər, şagirdlər və digər qonaqlar iştirak ediblər.
Qeyd edək ki, İsmayıllı rayonu üzrə 44 günlük Vətən müharibəsində 20 nəfər təhsil işçisi döyüşüb, bir nəfər müəllim - Famil Əhmədzadə şəhidlik zirvəsinə yüksəlib.