Logo

Azərbaycanlı tələbə Toronto Universitetinin birbaşa doktoranturasına qəbul oldu

23.02.2023 19:10 281 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının 5-ci kurs tələbəsi Əli Əliyev Kanadanın nüfuzlu Toronto Universitetinin birbaşa doktorantura səviyyəsinə qəbul olunub.

Tehsil.biz xəbər verir ki, bu barədə BANM-in rektoru Elmar Qasımov feysbuk səhifəsində paylaşıb.

Rektor bildirib ki, Ə.Əliyev illik 32 256 Kanada dolları təqaüd qazanaraq Kimya mühəndisliyi və tətbiqi kimya ixtisasında təhsilini davam etdirmək imkanı əldə edib.  

Əli Əliyev BANM-ə 2019-ci ildə müsabiqədənkənar qəbul olunub. O, Beynəlxalq Kimya Olimpiadasının qalibi olub.

Xəbər lenti