Logo

Mətbuat Şurasında görüş təşkil olunub - FOTO

24.02.2023 11:57 345 baxış
IMG

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu Əl-Cəzirə Media Şəbəkəsinin Sənədli Filimlər Departamentin direktoru Əhmed Mahfouz və qurumun Planlaşdırma şöbəsinin rəhbəri Adel Ksiksi ilə görüşüb.

Şuradan "Tehsil.biz"ə bildirilib ki, görüş zamanı Əl-Cəzirə Media Şəbəkəsi və Beynəlxalq Avrasiya Mətbuat Fondu Azərbaycanın işgaldan azad olunmuş ərazilərində mina problemi ilə bağlı birgə sənədli filimlərin çəklişini həyata keçirmək qərarına gəliblər.

Mövcud xüsusda nüfuzlu media şəbəkəsinin Sənədli Filimlər Departamentinin rəhbəliyinin bu ilin martında ölkəmizə səfəri planlaşdırılıb. Səfər görüləcək iş ilə bağlı gələcək fəaliyyət proqramı hazırlamaq məqsədi daşıyacaqdır.

Qeyd edək ki, birgə təşəbbüs əsasında ərsəyə gələcək sənədli filmlər beynalxalq auditoriyalarda nümayiş üçün nəzərdə tutulur.

Xəbər lenti