Logo

Bakı Şəhəri üzrə Təhsil İdarəsi vətəndaşları qəbul edəcək

26.02.2021 12:20 1567 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 26 fevral  tarixindən etibarən vətəndaş qəbulu prosesi videoqəbul formatında həyata keçiriləcək. 

 

Videoqəbulların təşkilində əsas məqsəd vətəndaş qəbulu prosesini səmərəli təşkil etmək, vətəndaşların BŞTİ-yə müraciət etmək imkanlarını müasir texnologiyalardan istifadə ilə genişləndirmək və onları maraqlandıran məsələlərə aydınlıq gətirməkdən ibarətdir.

 

Videoqəbulda iştirak etmək istəyən vətəndaşlar qəbul günləri haqqında Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna və ya (012) 599-12-22 nömrəli telefona zəng etməklə məlumat ala bilərlər. 

 

Qəbulda müəllim və valideynlərin müraciətləri BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.

 

Videoqəbullarda müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılacaq.

Xəbər lenti