Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümü ilə əlaqədar Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələri tərəfindən tədbirlər keçirilib.
Bu istiqamətdə “dəyirmi masa”lar, rəsm və əl işləri müsabiqələri, ədəbi bədii kompozisiyalar, virtual rəsm sərgiləri, şahmat turnirləri təşkil edilib, dərnək üzvləri tərəfindən hazırlanan videoçarxlar sosial şəbəkələr vasitəsilə yayımlanıb.
Tədbirlərin təşkilində məqsəd soyqırım qurbanlarının xatirəsini ehtiramla yad etmək, uşaq və gənclərdə vətənpərvərlik hissini yüksəltmək, xalqımıza qarşı törədilən amansız cinayətlər barədə onlara ətraflı məlumat verməkdən ibarət olub.
Tədbirlərdə faciə barədə filmlər, videoçarxlar nümayiş olunub.
Qeyd olunan tədbirlərdə 2000-ə yaxın məktəbli iştirak edib