Xəbər verdiyimiz kimi, Biləsuvar rayon İ.İsmayılıov adına Ovçubərə kənd tam orta məktəbinin direktoru Üzeyr Eyvazov və riyaziyyat müəllimi R.Əmirov arasında qalmaqal yaşanıb.
Tehsil.biz xəbər verir ki, məsələ ilə bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsi məlumat yayıb.
Qurumdan bildirilib ki, baş verən hadisə araşdırılır, araşdırma bitdikdən sonra bununla bağlı mətbuata ətraflı məlumat veriləcək.