Logo

Elm və təhsil naziri Yevlaxda vətəndaşları qəbul edib - FOTO

24.02.2023 20:44 373 baxış
IMG

Fevralın 24-də elm və təhsil naziri Emin Əmrullayev Yevlax şəhərində vətəndaş qəbulu keçirib.

Tehsil.biz xəbər verir ki, qəbulda Yevlax, Mingəçevir, Ağdaş, Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarının sakinləri iştirak ediblər.

Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Qəbulda vətəndaşlar, əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, diplomların tanınması, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər. 

Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları diqqətlə dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Xəbər lenti