Azərbaycan Milli Elmlər Akademiyasının Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərər çəkmiş şəxslərə köməklik məqsədilə göstərdiyi yardım qardaş ölkənin mediasında geniş işıqlandırılıb.
Bu barədə "Tehsil.biz"ə AMEA-dan məlumat verilib.
Bildirilib ki, Türkiyənin məşhur “Yeni Akit” qəzeti, eləcə də “oncevatan”, “erzurumolay”, “kastamonuguncel”, “konyabakis”, “yesiligdir”, “guvengazetesi” və digər saytlarında AMEA-nın kollektivi tərəfindən Türkiyənin AFAD qurumuna maddi ianənin edildiyi və yardımların davam etdiriləcəyi oxucuların diqqətinə çatdırılıb.