"Hazırda ölkədə təxminən 800-dən çox məktəb qəzalı vəziyyətdədir".
Tehsil.biz xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.
Nazir bildirib ki, bu qədər məktəbi birdən-birə təmir etmək mümkün deyil:
"Təmir və ya məktəb inşası mərhələli şəkildə aparılır. İlk olaraq ən böyük və daha pis vəziyyətdə olan məktəblərin bərpası plana salınır”.
“Azərbaycanda hər 4 məktəbdən biri təmirlidir. Bu da müsbət haldır”, - Emin Əmrullayev əlavə edib.
Orxan Daşdəmirov