Logo

192 saylı körpələr evi-uşaq bağçasında tədbir keçirilib

28.02.2023 01:16 423 baxış
IMG

Fevralın 23-də məktəbəqədər təhsilin yeni məzmunu ilə bağlı bu sahədə çalışan pedaqoji heyətin işinə dəstək olmaq məqsədilə Təhsil İnstitutunun Məktəbəqədər təhsilin inkişafı şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri Sabunçu rayonu 192 saylı körpələr evi-uşaq bağçasında “Məktəbəqədər müsəssisələrdə təlimin planlaşdırılması xüsusiyyətləri” mövzusunda tədbir keçirilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, tədbirdə rayonun digər məktəbəqədər təhsil müssisələrinin rəhbərləri, metodistləri, tərbiyəçi-müəllimləri iştirak ediblər.

Mövzu ilə bağlı eyni zamanda məktəbəqədər təhsil sahəsində aparılan son yeniliklərlə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb, ümumi müzakirələr və fikir mübadiləsi aparılıb.

Xəbər lenti