Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin Məşvərət Şurasının üzvlərinin Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə səfəri baş tutub.
"Tehsil.biz"in məlumatına görə, səfərin məqsədi peşə təhsilində dual yanaşma, istehsalat təcrübəsi və iş imkanları barədə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təcrübəsini öyrənmək olub.
Qonaqlar üçün infotur keçirilmiş, mərkəzin direktoru Qalib Nəbiyev tərəfindən geniş təqdimat edilib.
Səfər çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Məşvərət Şurasının sədri Vüsal Abbasov Məşvərət Şurası və onun üzvlərinin vəzifələri haqqında geniş məlumat verib.
Qonaqlar Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşlıq etdiyi Qafqaz Tufandag Hotel Gabala otelində görüşə qatılıb, “Savalan Aspi-Aqro” ASC (Savalan Wines) müəssisəsində olublar. Daha sonda qonaqlar İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinə səfər ediblər.
Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin Məşvərət Şurasının üzvləri iki günlük təcrübə mübadiləsi səfərindən məmnunluqlarını bildiriblər.