Logo

"Peşə seçimi və karyera inkişafına dəstək" layihəsinin sonuncu təlimi keçirilib - FOTO

28.02.2023 15:51 364 baxış
IMG

Gənclər Fondunun maliyyə dəstəyi ilə Masallı Dövlət Regional Kollecində gənclərlə "Peşə seçimi və karyera inkişafına dəstək" layihəsinin sonuncu təlimi keçirilib.

"Tehsil.biz"in məlumatına görə, tədbirdə layihə rəhbəri Ülvi Həzizadə, layihənin eksperti və Biləsuvar Peşə liseyinin direktoru Əliheydər Əlifli, Masallı Gənclər və İdman İdarəsinin nümayəndəsi Mehman Zahidov, layihənin təlimçisi Rafət Şirəliyev, rayondan olan 46 yeniyetmə və gənc iştirak edib.

Tədbirin əvvəlində iştirakçılara məlumatlandırıcı bukletlər və çap məhsulları paylanıb.

İlk öncə çıxış edən layihə rəhbəri Ülvi Həzizadə layihənin əhəmiyyəti və təşkilatın regionda göstərdiyi fəaliyyət barədə tədbir iştirakçılarına geniş məlumat verib. 

Həmçinin çıxış edən ekspert Ə.Əlifli layihənin gənclərin peşə seçimi və karyera inkişafında uğurlu olacağını bildirmişdir.
Tədbirdə iştirak edən rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi Mehman Zahidov keçirilən layihəyə müsbət rəy bildirirək, layihənin gedişatına uğurlar arzulayıb.

Çıxışlardan sonra peşəkar təlimçi R.Şirəliyev tərəfindən əsas mövzu kimi, peşə və karyera planlaması, həmçinin fərdi təhlillər, iş bazarının təhlili, işə müraciət qaydaları və təhlili və karyerada peşələr və ixtisaslar mövzularında təlimlərə start verilib. Təlimlər interaktiv formada gənclərin müzakirəsi ilə davam edib.

Sonda iştirakçılara təlimlərdə fəal iştiraklarına görə sertifikatlar təqdim olunub.

Xəbər lenti