Logo

“İmtahan stresi” mövzusunda vebinarlar keçiriləcək

28.02.2023 18:06 426 baxış
IMG

Dövlət İmtahan Mərkəzinin e-psixoloq.az saytının mütəxəssisləri tərəfindən abituriyentlər üçün “İmtahan stresi” mövzusunda iki eyni məzmunlu vebinarın keçirilməsi nəzərdə tutulub.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, vebinarlarda stresinin təyini, növləri, stresə səbəb olan faktorlar və imtahan stresi ilə mübarizə yolları haqqında danışılacaq. Bu görüşlər abituriyentlər üçün nəzərdə tutulub.

Bu görüşlər abituriyentlər üçün nəzərdə tutulub.

Vebinarlar 3 və 10 mart saat 17:00-da “Zoom” platforması vasitəsilə ödənişsiz keçiriləcək.

Hər iki tarixdə keçiriləcək vebinarın məzmunu eynidir. Seminarların hər hansı birində iştirak yetərlidir.

Vebinarlara qeydiyyat üçün keçid:

https://e-psixoloq.az/#banner

Görüşlərin “Zoom” linki müvafiq olaraq 3 və 10 martda qeydiyyatdan keçmiş şəxslərin elektron poçtuna göndəriləcək.

Xəbər lenti