Logo

İdman həftəsi çərçivəsində tədbirlər davam edir - FOTO

01.03.2023 09:29 485 baxış
IMG

Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə ümumi təhsil müəssisələrində keçirilən “İdman həftəsi” layihəsi çərçivəsində məktəblərdə tədbirlər davam edir.

Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, layihənin proqramına uyğun olaraq məktəblərdə şagirdlərin iştirakı ilə səhər gimnastikası, nümunəvi çıxışlar və müxtəlif idman növləri üzrə yarışlar keçirilir.

Qeyd edək ki, şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində ölkənin bütün ümumi təhsil müəssisələrində “İdman həftəsi” layihəsinin tətbiqinə başlanılıb.

3 mart tarixinədək davam edəcək layihə təhsilalanların sağlamlığının möhkəmləndirilməsi, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində təhsil sistemi qarşısında qoyulmuş hədəflər baxımından xüsusi əhəmiyyət kəsb edir.

Xəbər lenti