Logo

ADU-da “Heydər Əliyev və Azərbaycan Səhiyyəsi” adlı tədbir keçirilib - FOTO

01.03.2023 09:39 286 baxış
IMG

Azərbaycan Dillər Universitetində (ADU) Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının baş müəllimləri - Zümrüd Hüseynova və Nahidə Məmmədova 311b - 313b qrup tələbələrinin birgə iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan Səhiyyəsi” adlı tədbir keçirilib.

Bu barədə "Tehsil.biz"ə ADU-dan bildirilib.

Baş müəllim Zümrüd Hüseynova Ulu öndər Heydər Əliyevin Azərbaycan səhiyəsinin inkişafında rolu haqqında ətraflı məruzə ilə çıxış edib.

 Tədbirdə universitetin  311 b qrup tələbələri Röya Bağırova, İlahə Məmmədova, Fəridə Qurbanova, Zemfira Qocayeva, İradə Əhmədova və Nərmin Cavadovanın çıxışları dinlənilib.

Tələbələr Ulu Öndərin həyat və fəaliyyəti haqqında prezentasiya təqdim ediblər.

Xəbər lenti