Logo

Masallı rayon Mərkəzi Kitabxanasında tədbir keçirilib

01.03.2023 10:05 484 baxış
IMG

Fevralın 27-də Masallı rayon Mərkəzi Kitabxanasında “Azərbaycanda insan hüquq və azadlıqları təmin olunur” mövzusunda tədbir keçirilib. 

Tehsil.biz xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan kitabxananın əməkdaşı Rəşad İsmayılov bildirib ki, demokratik dəyərlərin və təsisatların təşəkkül tapması, mütəmadi surətdə yenilənərək inkişaf etdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi, vətəndaş cəmiyyəti quruculuğunun sürətləndirilməsi kimi strateji istiqamətlər müstəqil Azərbaycan dövlətinin daxili siyasət kursunun əsasını təşkil edir.

Sonra kitabxananın əməkdaşı Aygül Mirzəzadə mövzu ilə bağlı məruzə edib.

Xəbər lenti