Logo

UNEC-də tələbələrin tədqiqat fəaliyyətinin təşkili ilə bağlı seminar keçiriləcək

26.02.2021 20:21 561 baxış
IMG

UNEC-də “Tələbələr arasında tədqiqat fəaliyyətinin təşkili: elmi və metodoloji problemlər” mövzusunda onlayn seminar keçiriləcək.

 

Tehsil.biz xəbər verir ki, seminarın əsas məqsədi elm, təhsil və innovasiya vəhdəti prinsipinə əsaslanaraq tələbələr arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliğ edilməsi, tələbələrin tədqiqat fəaliyyətinin təşkilinə elmi və metodoloji yanaşmaların düzgün istiqamətlərinin müəyyən edilməsi,  fundamental tədqiqatların aparılmasına gənclərin marağının artırılmasına  dəstək göstərilməsidir.

 

Seminar UNEC Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və Rəqəmsal iqtisadiyyat tədqiqat mərkəzinin təşkilatçılığı ilə keçiriləcəkdir.

 

UNEC tələbələrini və elmi yaradıcılığa marağı olan gənclərimizi seminarda iştirak etməyə dəvət edirik.

 

27 fevral saat 11.00-da keçiriləcək onlayn seminara ZOOM platforması üzərindən link vasitəsilə qoşula bilərsiniz.

Xəbər lenti