Logo

“Güclü Lider - Güclü Azərbaycan” adlı layihəyə start verilir

01.03.2023 12:39 237 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar “Güclü Lider - Güclü Azərbaycan” adlı layihəyə start verir.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, il ərzində davam edəcək layihə zamanı liderlik bacarıqlarının artırılması və inkişaf etdirilməsi istiqamətində silsilə təlim və intellektual oyunlar keçiriləcək.

Təlim sessiyalarında məqsəd gənclərdə liderlik bacarıqlarını formalaşdırmaq  və onların şəxsi inkişafını stimullaşdırmaqdır.

Təlim sessiyalarında fərqlənən gənclər hədiyyə və sertifikatlarla mükafatlandırılacaqlar.

Xəbər lenti