Logo

Xaricdə bakalavr və magistraturaya qəbul yaxın günlərdə açıq elan ediləcək

01.03.2023 15:31 246 baxış
IMG

"2022-2026-cı illərdə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı" əsasında xaricdə bakalavr və magistraturaya qəbul yaxın günlərdə açıq elan ediləcək”.

Tehsil.biz xəbər verir ki, bunu “2019-2023 Dövlət Proqramı” İdarəetmə Qrupunun rəhbəri Turan Topalova deyib.

Onun sözlərinə görə, Dövlət Proqramı ilə xaricdə bakalavr və magistr səviyyəsinə qəbul isə semestr başlamamışdan 6 ay əvvəl elan edilir.

"Dövlət Proqramı ilə doktoranturta səviyyəsində xaricdə təhsil ildə iki dəfə - fevralda və iyulda keçirilir", - deyə T.Topalova qeyd edib.

Xəbər lenti