Logo

ADU-da "Heydər Əliyev və Dövlətçilik" adlı tədbir keçirilib - FOTO

01.03.2023 16:58 481 baxış
IMG

Azərbaycan Dillər Universitetində Təhsil-1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının təşkilatçılığı və həmin fakültənin 314a qrup tələbələrinin iştirakı ilə “Heydər Əliyev ili”nə həsr olunan "Heydər Əliyev və dövlətçilik" adlı tədbir keçirilib.

ADU-dan "Tehsil.biz"ə bildirilib ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

Kafedra müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Xuraman Əsgərova yetişməkdə olan gənc nəsildə Heydər Əliyev fəlsəfəsinə marağı artırmaq məqsədi ilə belə tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb.

Tədbirdə  ADU-nun rektor məsləhətçisi Anar Osmanlı, Təhsil 1 fakültəsinin dekanı professor Fikrət Cahangirov iştirak ediblər.

Qonaqlar Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərindən danışıblar.

Tələbələr Ümummilli liderin dövlətçilik haqqında müdrik kəlamlarını həm Azərbaycan, həm də alman dilində səsləndiriblər.

Tədbir zamanı Heydər Əliyevin həyat yolu və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. 

Xəbər lenti