Logo

BDU-nun tələbələri arasında bədii qiraət və rəsm müsabiqəsi elan edilib

01.03.2023 17:16 454 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) tələbələr arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii qiraət və rəsm müsabiqəsi elan edir.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib. Bildirilib ki, müsabiqədə iştirak etmək istəyən tələbələr martın 30-dək “Ümummilli Lider Heydər Əliyev, müasir Azərbaycanın memarlıq abidələri və vətənpərvərlik” mövzusunda rəsm əsərlərini BDU-nun Mədəniyyət-yaradıcılıq mərkəzinə təqdim edə, Ulu Öndər Heydər Əliyevə həsr edilmiş şeir ifalarını video formatda [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Müsabiqədə yalnız BDU-nun bakalavr və magistrantları iştirak edə bilərlər.

Təqdim olunmuş materiallar Müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcək. Qaliblərə diplom və pul mükafatı veriləcək:

I yer– 500 manat; II yer– 300 manat; III yer– 200 manat.

Əlavə məlumat üçün: Tel: (+994 50) 741-69-67, (+994 55) 784-00-19, e-mail: [email protected]

Xəbər lenti